Andrey Yermak: “Yaxın günlərdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ilk sənəd imzalana bilər”

Dünya

Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanətləri ilə bağlı ilk sənəd avqustun 29-30-da imzalana bilər.

Bu barədə Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Macarıstan liderlərinin müşavirləri ilə görüşdən sonra Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat yayıb.

“Biz təhlükəsizlik zəmanətlərini çox vacib məsələ hesab edirik, bütün tərəfdaşlarımızla bu barədə daim danışırıq. Bu gün də bu müzakirə mövzusu oldu, mən şadam ki, tərəfdaşlarımız məsələyə maraq göstərirlər… Bu ayın sonuna qədər, düşünürəm ki, 29-u və ya 30-u biz ilk sənədin imzalanmasına ümid edə bilərik. Hazırda sənəd üzərində işləyirik”, – deyə Yermak bəyan edib.

Onun sözlərinə görə, o, artıq mətni oxuyub və bu, “çox güclü sənəd” olacaq.

Mənbə: rbc.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir