“Bentley” və Şotlandiyanın “Macallan” içki zavodu gələn il kolleksiya üçün nəzərdə tutulmuş viski buraxacaq.
İçki palıd çəlləyinin çubuqları ilə əhatə olunmuş qeyri-adi, üfüqi bir şüşədə təqdim olunacaq.
Qablaşdırma təkrar emal edilmiş və ekoloji cəhətdən təmiz materiallardan hazırlanacaq: Mis, alüminium, şüşə, iki növ ağac və təbii dəri.
İki markanın ilk birgə məhsulu “Macallan Horizon” adlanacaq.
Viskinin qiyməti açıqlanmır.
Mənbə: motor.ru
www.102info.az