“Rusiya və Ukrayna nümayəndələrinin İstanbuldakı görüşündən sonra sülhə ümid edirdik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.
Mövlud Çavuşoğlu qeyd edib ki, Ukrayna və Rusiyanın mövqeləri yaxınlaşmaq üzrə olub:
“Amma qəflətən hər şey dəyişdi. Tərəflər masadan uzaqlaşdılar. Ədalətli, Ukraynanın ərazi bütövlüyünü təmin edən atəşkəs əldə edilməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq müharibənin davam etməsini istəyən NATO üzvləri var”, – türkiyəli nazir bildirib.
www.102info.az