Meksikada il başlayandan bəri 15-ci jurnalist qətlə yetirilib. Budəfəki qurban yerli “La Realidad” nəşrinin redaktoru Fredi Romandır.
Bu barədə jurnalist Ceykob Morales özünün “Twitter” səhifəsində məlumat verib.
Məlumata görə, həm də yerli çap mediasında icmalçı olan jurnalist Gerrero ştatında Çilpansinqodakı evinin qarşısında güllələnib.
#ÚltimaHora Está tarde fue asesinado a balazos el periodista Fredy Román en #Chilpancingo, muy cerca del panteón central, ubicado en el centro de la ciudad. Era director del medio “La Realidad” y columnista en medios impresos locales. #Guerrero #NosEstanMatando pic.twitter.com/loswxZjNIT
— Jacob Morales A. (@JacobMorant) August 22, 2022
Qətlin motivi hələlik məlum deyil. Ancaq jurnalistlərə qarşı cinayətləri izləyən yerli “Articulo 19” təşkilatının məlumatına görə, il başlayandan bəri həyata keçirilən qətllərin ən azı doqquzu qurbanların peşə fəaliyyəti ilə bağlı olub.
Mənbə: RBK
www.102info.az