Almaniya Ukraynaya dəyəri 500 milyon avrodan çox olan silahlar verməyi planlaşdırır.
Bunu Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolts bildirib.
Onun sözlərinə görə, Ukraynaya əlavə üç ədəd IRIS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli maşın, 20 raket buraxılış qurğusu, dəqiq idarə olunan hərbi sursatlar və dron əleyhinə sistemlər veriləcək.
Silahlar 2023-cü ildə, bəzi avadanlıq növləri isə, ehtimal ki, daha əvvəl təhvil veriləcək.
Qeyd edək ki, silah tədarükünü Bundestaqın büdcə komitəsi təsdiq etməlidir.
Mənbə: TASS
www.102info.az