Macarıstanın Milli Meteorologiya Agentliyinin prezidenti Korneliyu Radiks vəzifəsindən azad edilib. Buna səbəb verilən qeyri-dəqiq hava proqnozu olub. Belə ki, hava proqnozuna görə Budapeştdə milli bayram günü baş tutacaq atəşfəşanlıq ləğv edilib.
Eyni zamanda bütün baş sinoptiklər də işdən çıxarılıblar. Çünki hava şəraitinin miqyası ilə bağlı verdikləri yanlış məlumat təhlükəsizliyə cavabdeh olan operativ qrupu çaşdırıb.
Eyni zamanda Macar dövlətinin minilliyi şərəfinə “Avropada ən böyük” adlandırılan atəşfəşanlıq avqustun 27-nə təxirə salınıb.
Mənbə: UNIAN
www.102info.az