Kubada meymunçiçəyi diaqnozu ilə xəstəxanaya yerləşdirilən italyan turist üç gün sonra çoxsaylı orqan zədələnməsindən dünyasını dəyişib.
Bu barədə adanın Səhiyyə Nazirliyi bildirib.
“Bu pasiyentdə xəstəlik ağır formada sürətlə irəlilədi”, – deyə o bildirib.
Həkimlərin fikrincə, ölümün səbəbləri sepsis və çoxsaylı orqan zədələnməsi olub.
Bundan əvvəl xəbər vermişdik ki, Kubada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
Mənbə: RT
www.102info.az