“Üzüklərin Hökmdarı: Hakimiyyət Üzükləri” filminin yaradıcıları 2 sentyabr 2022-ci ildə premyerası gözlənilən serialın yeni treylerini yayımlayıblar.
Videoda daha əvvəl heç bir treylerdə olmayan çoxlu səhnələri görmək olar.
Premyera günü tamaşaçılar eyni anda iki epizoda baxa biləcəklər, bəzi şanslılar isə onları kinoteatrlarda izləyəcəklər. Belə ki, Amazon iki debüt epizodunun məhdud seansını planlaşdırıb. Nümayişlər ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Argentina, Kolumbiya, Avstraliya və Yeni Zelandiyanın kinoteatrlarında “Prime Video” axın xidmətinin premyerasından iki gün əvvəl baş tutacaq.
Mənbə: kanobu.ru
www.102info.az