Pakistanda iyunun ortalarından yağan musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 903 nəfər ölüb, 1293 nəfər xəsarət alıb.
Bu barədə Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsi məlumat verib.
Qeyd edilir ki, son 24 saat ərzində 82 minə yaxın ev dağılıb, onlardan 72 mindən çoxu bərpa olunmur. Ümumilikdə daşqınlar nəticəsində 500 minə yaxın ev dağılıb, onlardan 200 mini daşqınlar nəticəsində tamamilə məhv edilib. Daşqınlardan ən çox ölkənin şərqindəki Pəncab və cənubundakı Sind əyaləti zərər çəkib.
Ayın əvvəlində Pakistan hökuməti ağır daşqın vəziyyəti ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət edib.
Mənbə: TASS
www.102info.az