Tanınmış çeçen bloqeri Dağıstanda döydülər – VİDEO

Dünya

Məşhur çeçen bloqer Asxab Tamayev səfərdə olduğu Dağıstanda avtomobilini qanunsuz park etdiyinə görə döyülüb.

Qeyd olunur ki, bloqer avtomobilini ticarət mərkəzinin qarşısında saxlayaraq binaya daxil olub. Nəticədə orada tıxac yaranıb.

Bloqer geri qayıdarkən bir qrup şəxsin onu gözlədiyini görüb.

Tərəflər arasında söz mübahisəsi Asxab Tamayevin üzünə güclü yumruq zərbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Asxab Tamayev qarışıq döyüş sənəti (MMA) üzrə turnirlərdə mütəmadi çıxış edir. Onun “YouTube” platformasında üç milyona yaxın abunəçisi var.

Mənbə: Baza

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir