“General Dynamics” müdafiə konserni Polşa üçün nəzərdə tutulan 250 ədəd M1A2 SEPv3 Abrams tankının hazırlanması üzrə Pentaqondan sifariş aldığını açıqlayıb.
Müqavilənin məbləği 1,1 milyard dollar təşkil edib.
Qeyd edək ki, yeni tankların Ukraynaya verilən T-72-ləri əvəz etməsi nəzərdə tutulur.
Amerika tanklarının 18-ci Mexanikləşdirilmiş Diviziya və 1-ci Varşava Tank Briqadasına təhvil veriləcəyi, tədarüklərin 2026-cı ilə qədər başa çatdırılacağı güman edilir.
Polşa həmçinin Cənubi Koreyadan min ədəd K2 tankı, 600-dən çox K9 haubitsa, həmçinin FA-50 qırıcılarından ibarət üç eskadrilya sifariş edib.
Mənbə: gazeta.ru
www.102info.az