İranda yeni krossover hazırlanıb – FOTO

Dünya

İranda avtomobil sənayesinin iqtisadi transformasiyasına həsr olunmuş sərgidə “Iran Khodro” və SAIPA şirkətlərinin birgə hazırladığı “Khodro K112” krossoveri təqdim olunub.

Məlumata görə, krossover Fransanın “Renault Kwid” modeli platforması əsasında hazırlanıb.

Sərgidə krossoverin prototipi nümayiş etdirilib.

K112-nin 70-75 at gücündə benzin mühərriki və beş pilləli mexaniki transmissiya alacağı gözlənilir. Kompakt krossoverin uzunluğu 3800 mm, çəkisi təxminən 800 kq-dır.

Avtomobilin kütləvi istehsalına başlanılacağı tarix açıqlanmır.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir