“Mançester Yunayted”in ulduz hücumçusu Kriştianu Ronaldu karyerasını “A” seriyasında davam etdirə bilər.
Bu barədə insayder Canluka Di Marsio deyib.
Qeyd olunur ki, portuqaliyalı agent Xorxe Mendeş hazırda müştərisinin Çempionlar Liqasında oynaması üçün müxtəlif variantlar üzərində işləyir.
Kriştianunun xidmətləri xüsusilə “Milan” və “Napoli”yə təklif olunub.
#Buonanotte con le principali trattative di calciomercato di giornatahttps://t.co/lkmC1HxE8I
— Gianluca Di Marzio (@DiMarzio) August 25, 2022
Həmçinin mətbuatda portuqaliyalının Lissabonun “Sporting”inə və “Marselə” mümkün transferi ilə bağlı məlumatlar yayılıb.
🚨 Cristiano Ronaldo is on the verge of signing for Sporting Lisbon.
The club are going to begin presentation preparations from tomorrow. Deal 99% done.
Jorge Mendes worked around the clock to find a solution.
Sporting squad have been preparing for Ronaldo’s return for weeks. pic.twitter.com/BrFKn5IKjj
— CaughtOffside (@caughtoffside) August 25, 2022
Qeyd edək ki, Ronaldu 2018-2021-ci illərdə İtaliyanın “Yuventus” klubunda oynayıb. Ancaq üç mövsüm ərzində o, iki liqa, iki ölkə Super kuboku və bir İtaliya kubokunu qazanaraq yalnız daxili arenada uğuru ilə diqqət çəkmişdi.
Mənbə: Sport 24
www.102info.az