Kanadanın paytaxtında atışma olub: beş nəfər güllələnib – FOTO

Dünya

Kanadanın paytaxtı Ottavanın mərkəzində naməlum şəxslər tərəfindən atışma baş verib. Nəticədə 5 nəfər yaralanıb.

Bu barədə CTV telekanalına Kanada paytaxtının polisindəki mənbə bildirib.

Telekanalın məlumatına görə, yaxınlıqdakı bar və restoranların bağlandığı radələrdə yerli bazarlardan birinin yaxınlığında naməlum şəxslər atəş açıb. Bundan əlavə, atışmanın aparıldığı yerdən bir qədər aralıda parlament binaları kompleksi var.

Atışma yerində güllə yaraları olan 3 nəfər tapılıb. Daha sonra iki nəfərin də tibbi yardıma müraciət etdiyi bildirilib.

Hazırda Ottavanın hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını və cinayətkarların motivlərini araşdırır.

Mənbə: Oopstop.com  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir