Tripolinin mərkəzində intensiv atışma qeydə alınıb

Dünya

Liviya paytaxtının mərkəzində bir sıra ərazilərdə intensiv atışma qeydə alınıb.

Bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Liviyada Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeyba və yeni baş nazir seçilən Fəthi Başaqanın liderliyi ilə iki hökumət fəaliyyət göstərir. Ötən həftə Başaqa Dbeybaya ölkədə qan tökülməsinin qarşısını almaq üçün istefa tələbi ilə məktub göndərib.

“Demokratiya prinsiplərinə hörmət və qanunverici orqanların qərarlarına əməl etmək kontekstində müddəti bitmiş səlahiyyətlərinizi könüllü olaraq təslim etməlisiniz”, – deyə məktubda bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir