Ukraynanın Xerson şəhəri yaxınlığında Antonov körpüsünə raket hücumunun nəticələrinin peyk görüntüsü yayılıb.
Məlumata görə, kadr avqustun 26-da – partlayışlardan təqribən bir saat sonra çəkilib.
Kadrlardan görünür ki, körpünün cənub tərəfindəki hissəsi hələ salamatdır – belə strukturları məhv etmək üçün M142 (HIMARS) raketlərindən daha güclü sursat lazımdır, bununla belə, zərər dəyib.
Sosial şəbəkə istifadəçiləri bundan başqa, körpünün avqustun 21-də və 25-də çəkilən görüntülərini də paylaşıblar.
Mənbə: Liga.net
www.102info.az