Rusiyada müharibə əleyhdarı qadın Baş Qərargah rəsmisinin avtomobilini yandırdı

Dünya

Moskvada Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun BMW markalı avtomobili yandırılıb.

Bildirilir ki, Leninqrad şosesindəki evlərdən birinin həyətində naməlum qadın əvvəlcə maşının üzərinə kanistrlə benzin töküb, sonra isə od vurub.

Məlumatına görə, BMW RF Silahlı Qüvvələri Baş Qərargahının 8-ci idarəsinin rəis müavini Yevgeni Sekretaryova məxsusdur. Məhz bu idarə KİV-də müharibə əleyhinə məlumatların qarşısının alınmasına cavabdehdir və bir növ senzura rolunu oynayır.

Qadının artıq saxlanıldığı və onun müharibəyə qarşı olduğu qeyd edilir.

Mənbə: Baza

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir