Rusiyanın paytaxtı Moskvada temperatur rekordları yeniləməyə davam edir.
Şənbə günü, avqustun 27-də 1969-cu ilin rekordu qırılıb. Belə ki, Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin məlumatına görə, saat 13:00-a qədər VDNX metropoliten stansiyası ətrafında hava 30,6 dərəcəyə qədər istiləşib.
Öncəki istilik rekordu 30,2 dərəcə olub.
Paytaxtın meteoroloji bürosunun məlumatına görə, 143 il ərzində aparılan meteoroloji müşahidələr nəticəsində avqustun 27-i üçün qeydə alınan mütləq temperatur maksimumu hələ də uzaqdadır. Günün rekordu 1897-ci il avqustun 27-də 34,7 dərəcə olmaqla qeydə alınıb.
Mənbə: profile.ru
www.102info.az