ABŞ-da silahlı şəxs supermarketi gülləbaran etdi: Ölənlər var – VİDEO

Dünya

ABŞ-ın Oreqon ştatında silahlı şəxs supermarketdə insanlara atəş açıb.

Məlumata görə, hücum nəticəsində üç nəfər, həmçinin silahlı şəxs özü də həyatını itirib.

İlkin məlumata görə, atışma əvvəl avtomobillər üçün nəzərdə tutulan dayanacaqda, daha sonra isə supermarketdə davam edib.

İnsident nəticəsində yaralanan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Onların sayı barədə hələlik məlumat verilmir.

Mənbə: Nbcnews

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir