Türkiyədə daşlar sel kimi axdı – VİDEO

Dünya

Türkiyənin Ərzincan və Tunceli şəhərləri arasında yerləşən Munzur dağlarında daşlar sel kimi axıb.

Həmin anlar mobil telefonun kamerasına əks olunub.

Nadir təbiət hadisəsi üç min metr yüksəklikdə meydana gəlib. Baş verənlər vətəndaşlar tərəfindən lentə alınıb.

“Ərzincan mərkəzinin Kalecik kəndindən təxminən üç min metr yüksəklikdə yerləşən Bana yaylasına getmək üçün yola düşdük. Yüksək dağlıq ərazi uzun müddətdir ziyarət edilmədiyi üçün daşqınlar və qar uçqunları səbəbindən yollar itib, hətta əlçatmaz olub. Zirvəyə yaxınlaşdıqca daşların qəfildən ayağımızın altından axdığını hiss etdik. Və dərhal geri çəkildik. Sonra ilk dəfə qarşılaşdığımız bu gözəl təbiət hadisəsini heyranlıqla izlədik”, – deyə kənd sakini bildirib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir