Finlandiyanın “Nokia” şirkəti 2022-ci ilin sonuna qədər Rusiyadakı biznesinin böyük hissəsini ixtisar etməyi planlaşdırır.
Məlumata görə, söhbət şirkətin ölkə bazarından tamamilə çıxmasından gedir.
“İlin sonuna qədər rusiyalı əməkdaşlarımızın böyük əksəriyyəti “Nokia”nı tərk edəcək. Hazırda biz bütün ofislərimizi boşaldırıq. Bağlanma qanuni şəkildə başa çatana qədər biz ölkədə rəsmi mövcudluğumuzu qoruyacağıq”, – şirkətin sözçüsü bildirib.
Onun sözlərinə görə, hazırda “Nokia”nın Rusiyadakı fəaliyyəti müqavilə və humanitar öhdəlikləri yerinə yetirmək üçün məhdud texniki xidmət göstərilməsindən ibarətdir.
Qeyd edək ki, “Nokia”nın Rusiyadakı ofislərində iki mindən çox yerli əməkdaş çalışırdı.
Mənbə: RTVi
www.102info.az