Rusiyanın Kurqan şəhərində məktəblilərə ancaq dövlət rəmzlərinin təsviri olan gündəliklər almaq tapşırılıb.
Bu barədə valideynlər bildiriblər.
Onların sözlərinə görə, pişik balalarının və superqəhrəmanların təsvirləri olan gündəliklər hətta ibtidai siniflər üçün qadağandır.
“Məktəbdə keçirilən valideyn-müəllim yığıncağında bizə dedilər ki, gündəliklər yalnız Rusiya simvolları, bayraq və ya gerblə olmalıdır. Üzərində pişiklər və ya superqəhrəmanlar olan gündəliklərə icazə verilmir”, – deyə valideynlərdən biri bildirib.
Mənbə: Ura.ru
www.102info.az