Gürcüstan vahid avro ödəniş məkanına qoşulacaq

Dünya

Gürcüstan Aİ ölkələri ilə pul əməliyyatlarını asanlaşdıracaq vahid avro ödəniş məkanına (SEPA) qoşulmağı planlaşdırır.

Bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili bazar ertəsi hökumətin iclasında bildirib.

“Biz vahid avro ödəniş məkanına qoşulmağa hazırlaşırıq. Bu, Avropa İttifaqının Avrozona ölkələrində ödəniş xidmətlərinin, eləcə də onların provayderlərinin uyğunlaşdırılması üzrə təşkilatıdır. Onun üzvləri 27 Aİ ölkəsi, həmçinin Böyük Britaniya, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyndir”, – deyə Qaribaşvili bildirib.

O əlavə edib ki, hökumət bu istiqamətdə fəal işləyir və məsələnin üzərində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Milli Bank, eləcə də digər dövlət idarələri iştirak edir. Artıq üç qanun layihəsi hazırlanıb və təsdiq olunmaq üçün parlamentə göndəriləcək.

Qaribaşvilinin sözlərinə görə, SEPA-ya qoşulmaq respublikanın Aİ-yə inteqrasiyası istiqamətində daha bir addımdır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir