Türkiyədə 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd olunur.
Türkiyədə və ölkəni təmsil edən qurumlarda bu münasibətlə tədbirlər keçirilir.
Bakı Türk Şəhidliyində də Zəfər Bayramı qeyd olunub. Təşkil olunan mərasimdə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən qurum və təşkilatlarının nümayəndələri, səfirlik və attaşe əməkdaşları, iş adamları iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şəhidliyin önünə əklil qoyub. Azərbaycan Himni və Türkiyənin İstiqlal marşı səsləndirilib. Daha sonra Bağçı və yanındakı şəxslər Şəhidlər xiyabanını ziyarət ediblər.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: Anadolu
www.102info.az