İranda yüksək vəzifəli şəxs həbs edildi – FOTO

Dünya

İran mediasında Yol və Şəhərsalma Nazirliyinin yüksək vəzifəli məmurunun tutulması barədə məlumatlar yayılıb. Prezident İbrahim Rəisinin parlament məsələləri üzrə nümayəndəsi Məhəmməd Hüseyni xəbəri təsdiq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

O, tutulan şəxsin kimliyi barədə açıqlama verməyərək, onunla birgə daha bir neçə nəfərin də işdən uzaqlaşdırıldığını qeyd edib.

Bundan öncə mediada İran hökumətinə yaxın olan, tanınmış din xadimi Nasir Məkarimi Şirazinin nəvəsi, yol və şəhərsalma nazirinin baş müşaviri Qasım Məkarimi Şirazinin həbsi barədə xəbərlər yayılıb.

Həbs xəbərinin yayılmasından sonra İranın yol və şəhərsalma naziri Qasım Rüstəminin işə çıxmaması onun da saxlanıldığı barədə məlumatların yayılmasına səbəb olub.

İbrahim Rəisinin müavini nazirin əməliyyat olunduğu üçün vəzifə başında olmadığını deyib.
Xatırladaq ki, nəvəsi həbs edilən din xadimi Nasir Məkarimi Şirazi İranda şəkər monopoliyası ilə məşğul olub və ölkəyə idxal edilən şəkər tozu bazarına nəzarət edir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir