Avrozonada istehlak qiymətlərinin artımı indeksi rekord həddə çata bilər.
2022-ci ilin avqustunda 2021-ci ilin avqustu ilə müqayisədə inflyasiyanın rekord 9,1% təşkil edə biləcəyi qeyd edilir.
Bununla bağlı ilkin hesablamalar avqustun 31-də “Eurostat”da dərc edilib.
Bildirilir ki, iyulda bu göstərici 8,9% olub ki, bu da tarixi maksimumdur.
Kateqoriyalar üzrə qiymətlər daha çox enerji daşıyıcıları (38,3% – lakin 39,6% olan iyul göstəricisindən azdır), ərzaq, alkoqol və tütün (10,6%) məhsulları üzrə bahalaşıb.
Xatırladaq ki, Avrozonaya Belçika, Almaniya, Estoniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Avstriya, Portuqaliya, Slovakiya, Sloveniya və Finlandiya daxildir.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az