ABŞ hesab edir ki, Rusiya Ukraynada ciddi hərbi çatışmazlıqla üzləşib və öz qoşunlarının sayını artırmaq üçün yeni yollar axtarır.
Bu barədə ABŞ-ın az məxfi olan kəşfiyyat məlumatlarına çıxışı olan iki məmur məlumat verib.
Mənbə iddia edir ki, Rusiya Müdafiə Nazirliyi bu çatışmazlığı aradan qaldırmaq üçün orduya müqaviləli hərbçiləri cəlb etməyə çalışır, o cümlədən yaralı əsgərləri yenidən döyüşə qaytarmağa məcbur edir, ordunun şəxsi heyətini özəl mühafizə şirkətlərindən olan işçilərin hesabına artırır.
Digər məxfi məlumat ondan ibarətdir ki, Rusiya Müdafiə Nazirliyi əfv və maddi təzminat müqabilində Ukraynada mühakimə olunan cinayətkarları hərbi sahədə işə götürəcək.
Mənbə: CNN
www.102info.az