ABŞ məhkəməsi “Lukoil”un təyyarəsinin həbsinə order verib – FOTO

Dünya

ABŞ-ın Texas ştatının Cənub Dairə Məhkəməsi “Lukoil”a məxsus 45 milyon dollar dəyərində “Boeing 737-7EM” təyyarəsi üçün həbs qərarı çıxarıb.

Bu barədə ölkənin Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

“ABŞ mərkəzi ofisi Moskvada yerləşən Rusiyanın transmilli neft-qaz korporasiyası “Lukoil” İctimai Səhmdar Cəmiyyətinə məxsus “Boeing 737-7EM” təyyarəsinin həbsinə order alıb”, – deyə məlumatda bildirilir.

Departamentdə qeyd olunur ki, təyyarənin müsadirə edilməsi üçün orderin verilməsinə əsas onun ABŞ Ticarət Departamentinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarını pozaraq Rusiya Federasiyasına və oradan uçuşlar həyata keçirməsi olub.

Ədliyyə Nazirliyi həmçinin qeyd edib ki, sanksiya rejimi müvafiq lisenziyaları və ya lisenziya istisnaları olmayan ABŞ istehsalı təyyarələrlə Rusiyaya və Rusiyadan reyslərin həyata keçirilməsini qadağan edir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir