Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub.
Bu barədə “Real” TV reportaj hazırlayıb.
Heydər Əliyev Fondunun layihə koordinatoru Ülkər Məmmədova bildirib ki, 2003-cü ildən səfirliyin binası kirayə əsasında fəaliyyət göstərib:
“Bu gündən səfirlik işçiləri rəsmi açılış mərasimindən sonra fəaliyyətlərini binada davam etdirə biləcəklər. Bina beş mərtəbədən ibarətdir. Giriş hissəsi və ikinci mərtəbədə mədəniyyət bölmələri yerləşir”.
Binanın üçüncü və dördüncü mərtəbələri səfirliyin iş otaqları üçün nəzərdə tutulub.
Səfirliyin yeni binasının açılışında Prezident İlham Əliyev iştirak edib.
Görüntüləri təqdim edirik:
www.102info.az