Berlində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim və müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq qələbəsini və Diaspor Gənclərinin III Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb.
Sonra Bakıdan gəlmiş “Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib. Konsertin gedişində bayram əhval-ruhiyyəli soydaşlarımız böyük çoşqu yaradan rəqs qrupuna qoşulublar.
Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliouri və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər.
www.102info.az