Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) missiyasının Zaporojye atom elektrik stansiyasına (ZAES) səfəri fonunda Enerqodarda işıq və mobil rabitə əlaqəsi kəsilib.
Bu barədə Rusiya mətbuatı məlumat verib.
Bu səhər AES ərazisinə zərbələrdən sonra şəhərdə elektrik enerjisi kəsilib. Küçələrdə nə maşın, nə də insanların olduğu deyilir. Əksər mağazaların bağlandığı qeyd edilir.
Bundan əlavə, BAEA missiyasının ZAES-in peyk şəhərciyi olan Enerqodara gəlməsi fonunda ərazidə mobil rabitə əlaqəsi də kəsilib.
Mənbə: RBC.ua
www.102info.az