ABŞ Kiyevi əks-hücum əməliyyatlarını məhdudlaşdırmağa çağırıb.
Ukraynanın hazırkı əks-hücumunun qurulması zamanı ABŞ həm hədəflər, həm də coğrafi şərtlər baxımından vəziyyətin nəzərə alınmasını tövsiyə edib. Bu, əks-hücumun daraldılması və bir neçə cəbhədə ilişib qalmamaq məqsədi daşıyır.
Bu barədə CNN ABŞ və Qərb rəsmilərinə, eyni zamanda Ukrayna mənbələrinə istinadən məlumat verib.
CNN mənbələrinin bildirdiyinə görə, bu variantlar Kiyevlə “müharibə oyunları” – analitik məşqlər üçün nəzərdə tutulub. Bu metod Ukrayna komandanlığına müxtəlif ssenarilərdə uğur qazanmaq üçün nə qədər güc toplamalı olduqlarını anlamağa kömək edəcək.
ABŞ və Ukrayna rəsmiləri bildiriblər ki, ukraynalılar tərəfindən əvvəlcə daha geniş əks-hücum nəzərdə tutulub. Lakin son həftələrdə Xerson bölgəsindəki missiyalarını daraldıblar.
Pentaqon spikeri, briqada generalı Pet Rayder bu barədə CNN-ə açıqlama verib.
“ABŞ Ukrayna ilə bir çox səviyyələrdə müntəzəm hərbi dialoq aparır. Bu qarşılıqlı əlaqənin xüsusiyyətlərini şərh etməyəcəyik. Ümumiyyətlə, biz ukraynalılara üzləşdikləri təhlükələri daha yaxşı başa düşmək və ölkələrini Rusiya təcavüzündən qorumaq üçün məlumat veririk. Öz əməliyyatları ilə bağlı son qərarı isə ukraynalılar özləri verirlər”, – deyə general qeyd edib.
Mənbə: ZN.ua
www.102info.az