Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Dünya

Türkiyə Futbol Federasiyasının inzibati binasına silahlı hücum olub.

Bu barədə ölkənin hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik məlumat verib.

O, bildirib ki, qurumun İdarə Heyətinin iclas keçirdiyi vaxt binaya odlu silahdan 5 güllə atılıb.

Bu güllələrdən birinin Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun başının üzərindən keçib. Silahlı hücumda yaralanan və ya ölən olmayıb.

Çelik məsələnin bütün tərəflərinin araşdırıldığını bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir