Afrika qitəsində – Böyük Səhradan cənubda yerləşən ölkələrdə 98 milyon uşaq məktəbə getmir.
Bu barədə UNESCO-nun yaydığı məlumatda qeyd olunur.
Bu, dünyada orta məktəbə getməyən uşaqların 40 faizini təşkil edir.
Sözügedən ərazi faiz nisbətinin artdığı yeganə bölgədir, belə ki, məktəbyaşlı uşaqların sayının artmağına baxmayaraq, məktəbə gedən uşaqların sayı azalmaqda davam edir.
Hesabatda qeyd olunur ki, Nigeriyada 20,2, Efiopiyada 10,5, Konqoda 5,9, Keniyada isə 1,8 milyon uşaq müxtəlif səbəblərdən orta təhsildən uzaq qalır.
Mənbə: Education-estimates.org
www.102info.az