Əfqanıstanda məsciddə güclü partlayış: 50 nəfərə yaxın insan həlak olub – FOTO/VİDEO

Dünya

Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı zamanı güclü partlayış törədilib.

Partlayış nəticəsində azı 50 nəfər həyatını itirib, 100-ə yaxın yaralının olduğu bildirilir.

Terror aktı nəticəsində məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.

Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur.

Mənbə: Aamaj News

www.102info.az