Ukrayna Prezidenti Volodimir Zelenski “Ambrosetti” beynəlxalq iqtisadi forumunda çıxış edib.
Zelenski Rusiyanın Zaporojye atom elektrik stansiyasını atəşə tutmasını radiasiya şantajı kimi dəyərləndirib.
“Rusiya ordusu AES pərdəsi altında qonşu şəhər və rayonları atəşə tutur. Strategiya da məhz belə düşünülüb. İşğalçılar Ukraynaya, bütün Avropaya və dünyaya təzyiq göstərmək üçün stansiyanın özünü də atəşə tuturlar. Onlar istəyirlər ki, siz zəiflik nümayiş etdirəsiniz, təslim olasınız və Ukraynanı dəstəkləməyi dayandırasınız. Rusiya radiasiya şantajını da bu səbəbdən həyata keçirir”, – deyə prezident bildirib.
O vurğulayıb ki, atom elektrik stansiyasında peşəkar səviyyədə işlərini görən ukraynalı nüvə işçiləri çalışırlar. Elə məhz onların sayəsində də belə çətin şəraitdə Zaporojye AES-də qəzanın qarşısını almaq mümkün olur.
Mənbə: UNIAN “Telegram”
www.102info.az