Macarıstan istisna olmaqla, Avropa İttifaqının bütün üzv dövlətləri Ukraynaya uzunmüddətli kreditlər şəklində daha 5 milyard avroluq makromaliyyə yardımı ayırmağa razılaşıblar.
Məlumata görə, Macarıstan hökumətinin müqavimətinə baxmayaraq, Avropa Komissiyası gələn həftə bu məsələ ilə bağlı rəsmi təkliflə çıxış edəcək.
Aİ-nin iqtisadiyyat nazirlərinin gələn həftənin sonunda maliyyə tranşını dəstəkləyən siyasi bəyannamə imzalayacağı gözlənilir. Paket Aİ Şurasının sentyabrın 20-də Brüsseldə keçiriləcək iclasında rəsmi olaraq qəbul edilə bilər.
Qeyd edək ki, bu tranş əvvəllər razılaşdırılmış 9 milyard avroluq yardımın bir hissəsidir. Onun 1 milyardı artıq Ukraynaya verilib.
Mənbə: rbc.ua
www.102info.az