Yaponiyanın Kitakyuşu şəhərindəki qocalar evi qeyri-adi kadr açıqlaması ilə gündəm olub.
Elanda qeyd olunub ki, qocalar evinin sakinlərini sevindirə biləcək körpələr axtarılır.
Körpələrin yuxulu, ac və ya narahat olduqları zaman fasilə verə biləcəkləri bildirilib.
Reklamda o da qeyd olunub ki, körpələr 4 yaşdan kiçik olmalıdır.
Qocalar evinə anaları ilə gələcək körpələrə qarşılığında uşaq yeməyi və bezlər veriləcək.
İndiyədək proqrama 30-dan çox körpə daxil edilib.
Qocalar evi rəhbərliyi bildirib ki, hətta körpələrin dəhlizlərdə gəzməsi belə qocaları sevindirib.
Mənbə: Haber Global
www.102info.az