Çilidə sentyabrın 4-də yeni konstitusiyasının təsdiqi üçün referendum keçirilir.
Qeyd olunur ki, Latın Amerikası ölkəsinin bir çox sakini ədalətli gələcəyə ümidlərini yeni konstitusiyaya bağlayır.
Hələlik ictimai rəy sorğuları göstərir ki, referendumda təklif olunan əsas qanun variantı onun təsdiqlənməsi üçün lazımi səsləri çətinliklə toplayır.
Yeni konstitusiya layihəsi gender bərabərliyini təsbit edir, ilk dəfə Çilinin yerli xalqlarının hüquqlarını tanıyır və iqlim dəyişikliyinin yumşaldılması üçün məsuliyyəti dövlətin üzərinə qoyur.
Eyni zamanda, o, ölkənin siyasi sistemini əsaslı şəkildə dəyişdirdiyinə görə ciddi tənqid olunur. Xüsusən, Senatın ölkənin hər yerindən gələn nümayəndələrdən ibarət “regionlar palatası” ilə əvəzlənməsi təklif edilir.
Xatırladaq ki, 2020-ci ildə Çili xalqı referendumda general Auqusto Pinochetin diktaturası dövründə qəbul edilmiş 1980-ci il konstitusiyasından imtina edib. Ölkənin əsas qanununun dəyişdirilməsinə 2019-cu ildə vətəndaşların bərabərsizliyə qarşı kütləvi etirazları təkan verib.
Mənbə: gazeta.ru
www.102info.az