Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) qitədəki enerji böhranı səbəbindən Böyük Adron Kollayderinin işinin dayandırıla biləcəyini etiraf edib.
Bu barədə enerji idarəetmə təşkilatının komissiya rəhbəri Serj Klode açıqlama verib.
Onun sözlərinə görə, CERN tələbatın ən yüksək olduğu dövrlərdə bəzi hissəcik sürətləndiricilərini dayandırmaq planları hazırlayır və lazım gələrsə, kollayderi də dayandırmağı düşünür.
“Bizim narahatçılığımız şəbəkənin sabitliyidir, çünki biz regionumuzda elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edirik”, – deyə Klode bildirib.
O, qeyd edib ki, təşkilat Böyük Adron Kollayderinin işini davam etdirmək, eyni zamanda da 4,4 milyard dollarlıq maşını xarab edə biləcək qəfil enerji kəsintisindən yayınmaq istəyir.
Mənbə: lenta.ru
www.102info.az