İraqın şimalında Türkiyə ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb.
Hadisə ilə bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza Türkiyə ordusunun İraqda keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zamanı baş verib.
Qeyd olunur ki, helikopter sərt eniş edib.
Helikopterdə olan səkkiz hərbçidən yeddisi xilas edilib, bir nəfər itkin düşmüş hesab olunur.
Mənbə: Msb.gov.tr
www.102info.az