Avropa ölkələri son 500 ilin ən ağır quraqlığı ilə üzləşib

Dünya

Yanvar-iyun aylarında planetin bir çox ölkələrində quraqlıqdan qlobal zərər ən azı 13,2 milyard dollar təşkil edib.

Bu barədə “Nikkei” iqtisadi qəzeti “Aon” beynəlxalq sığorta şirkətinin hesablamalarına istinadən yazır.

Mütəxəssislərin fikrincə, Avropa İttifaqı ölkələri hazırda son 500 ilin ən ağır quraqlığına məruz qalıb.

Quraqlıq həmçinin ABŞ-ın qərbində, Pakistanda və Çində də tüğyan edir.

Çində çayların dayazlaşması səbəbindən bir sıra su elektrik stansiyalarında elektrik enerjisi istehsalı təxminən 40% azalıb. Sıçuan əyalətində bu səbəbdən “Toyota Motor” Korporasiyasının montaj zavodu müvəqqəti olaraq dayandırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir