Həştərxan Dövlət Tibb Universitetinin müsəlman tələbələri şikayət edirlər ki, müəssisə rəhbərliyi onlara hicabla dərsə gəlməyi qadağan edir.
Müəssisənin 2019-cu ildə qəbul edilmiş tələbə, müəllim və işçilərin xarici görünüşü ilə bağlı əsasnamədə təkcə hicab deyil, istənilən dinə mənsubiyyəti göstərən digər geyimlərin geyinilməsinə də rəsmi qadağa qoyulub.
Müsəlman tələbələrin sözlərinə görə, dini geyim qadağası İctimai və informasiya təhlükəsizliyi üzrə prorektor dəyişikliyindən sonra tətbiq olunmağa başlayıb. Qızlar bildiriblər ki, universitet binasının girişində onları tələbə biletinin geri alınması ilə hədələyərək hicablarını çıxarmağa məcbur edirlər.
Bu azmış kimi, inadkar tələbələr universitetdən xaric olunmaqla hədələnirlər.
Mənbə: gazeta.ru
www.102info.az