Türkiyə Superliqasında 5-ci turun son oyunu baş tutub.
“Qalatasaray” öz meydanında “Qaziantep”i qəbul edib.
Görüşdə hesabı qonaqlar açsa da, İstanbul klubu tezliklə hesabı bərabərləşdirib.
Bardakçının 45-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydanı tərk etməsindən sonra “Cim-bom” matçın ikinci hissəsini azlıqda keçirib.
Buna baxmayaraq, “sarı-qırmızı”lar 90+1-ci dəqiqədə rəqibin avtoqolu sayəsində qələbə qazanmağa müvəffəq olublar – 2:1.
Bu nəticədən sonra “Qalatasaray” 10 xalla 7-ci, “Qaziantep” isə eyni xalla 5-ci pillədə qərarlaşıb. Çempionatın lideri isə 13 xala malik “Beşiktaş”dır.
www.102info.az