Avropa Komissiyası Ukraynaya beş milyard avroluq makromaliyyə yardımı edəcək

Dünya

Avropa Komissiyası bu həftə Ukraynaya daha beş milyard avro makromaliyyə yardımı təklif edəcək.

Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “Twitter” mikrobloqunda məlumat verib.

O vurğulayıb ki, Ukraynadakı vəziyyət hələ də Avropa İttifaqından dəstək tələb edir.

“Təqdim olunan 10 milyard avrodan əlavə bu həftə beş milyard avro makromaliyyə yardımı da təklif edəcəyik”, – deyə AK sədri bildirib.

Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı nə qədər lazımdırsa, o qədər də Ukraynanın tərəfində olacaq.

Mənbə: UNIAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir