Zelenski və Ukrayna xalqı Avropa Parlamenti mükafatına namizəd göstərildilər – FOTO

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna xalqı bu il “Saxarov” mükafatına namizəd göstəriliblər.

Avropa Parlamentində ən böyük olan Avropa Xalq Partiyası (AXP) qrupu tərəfindən fikir azadlığına görə Ukrayna Prezidenti və xalqının namizədliyi irəli sürülüb.  

Bu barədə Avropa Xalq Partiyasının mətbuat xidməti məlumat yayıb.

“Prezident Volodimir Zelenskinin başçılıq etdiyi cəsur Ukrayna xalqının fikir azadlığına görə hazırkı “Saxarov” mükafatını almağa layiq olduğuna şübhə etmirik. Onlar hər gün döyüş meydanında Avropa dəyərlərini müdafiə etməyə davam edirlər. Ümid edirəm ki, Avropa Parlamentində bütün siyasi qruplar bizim irəli sürdüyümüz namizədi dəstəkləyəcəklər”, – deyə AXP Xarici Əlaqələr Qrupunun vitse-prezidenti Rasa Yuknyaviçiene bildirib.

Mənbə: Yevropeyskaya pravda

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir