Baham adalarında kruiz gəmisinin 58 yaşlı sərnişini köpək balığı tərəfindən parçalanıb.
Küt burunlu köpəkbalığı qadına şnorkellə (maska və hava borusu ilə dərinliyə dalma) məşğul olan zaman hücum edib.
Gəminin ekipajı amerikalı turisti sudan çıxarıb xəstəxanaya çatdıra bilsə də, onu xilas etmək mümkün olmayıb.
“Royal Caribbean International” kruiz şirkəti tərəfindən verilən açıqlamaya görə, mərhum ABŞ-ın Florida ştatından yola düşən laynerlə yeddi günlük səyahətə çıxıb. Kruizdə qadınla birlikdə əri, qızı və oğlu da olub.
Mənbə: gazeta.ru
www.102info.az