ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) vəzifəsinin icrasına başlayıb.
Bu barədə USAID Azərbaycan məlumat yayıb.
Bildirilib ki, Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.
Qeyd edək ki, M.Nirbas bundan əvvəl Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. O, 2001-ci ildən USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. Nirbas Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.
Xatırladaq ki, 1991-ci ildən bəri USAID Azərbaycana 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.
www.102info.az