Böyük Britaniyada “Sealife” okeanariumunun sahibi heyvanları evtanaziya etmək məcburiyyətində qala biləcəyini deyib.
Filip Miller bunu elektrik enerjisi qiymətlərinin rekord həddə çatdığından heyvanları saxlaya bilməməsi ilə əsaslandırıb.
İngiltərənin şərqindəki Sautend-on-Si şəhərində yerləşən okeanariumun sahibi deyib ki, bütün bu heyvanlar gündə 24 saat, həftədə yeddi gün isti və ya soyuqda saxlanılmalıdır.
“Onların qidalanması lazımdır, ona görə də böyük məbləğ ödənilməlidir. Onların hamısı evtanaziya edilməlidir, yoxsa biz onlara başqa ev tapmalıyıq. Amma digər zooparklarda da məncə, eyni vəziyyətdir”, – deyə biznesmen bildirib.
Avqustun 26-da Böyük Britaniyada ev təsərrüfatlarında elektrik enerjisinin tavan qiymətlərinin oktyabrın 1-dən etibarən 80% artacağı və orta hesabla illik 3,549 funt sterlinqə yüksələcəyi elan edilib.
Mənbə: TASS
www.102info.az