Binəli Yıldırımdan maraqlı təklif: “Gəlsinlər, ürəyimiz genişdir, hamıya yer var, qışı Türkiyədə keçirək”

Dünya

AK Partiyasının sədr müavini Binəli Yıldırım enerji problemi olan avropalıları Türkiyəyə dəvət edib.

“Buraya gəlsinlər, insanlarımız da, iqlimimiz də istidir, Antalya onları gözləyir. Qəlbimiz genişdir, hər kəsə yer var. Qışı Türkiyədə keçirək”, – deyə sədr müavini bildirib.

Yıldırım bunu Bəyazit Mədəniyyət Mərkəzində keçirilən yeni üzvlərin partiyaya qəbul olunması mərasimində deyib. O, Antalyanın dənizi, təbiəti və münbit torpaqları ilə dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edib.

Turizm sektorunun bu il ciddi şəkildə inkişaf etdiyini vurğulayan Yıldırım qonaq başına düşən əlavə dəyərin də 50 faiz artdığını nəzərə çatdırıb.

“Yəni qonaqlar az da gəlsələr, yenə də gətirəcəkləri gəlir yüksəkdir. Və daha da çoxalacaq. Bir qonaqdan gəlir 1000 dollara yaxınlaşır”, – deyə o əlavə edib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir